Xırdalanda ağacları kəsdirdən sahibkara qarşı cinayət işi açıldı

12:25 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Xırdalan şəhərində tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərov  tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində  mövcud olmuş, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verib.

Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurulub.

Faktla bağlı cinayət işi açılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

 

Bütün xəbərlər