BP-nin neçə Azərbaycan vətəndaşı olan işçisi var? – Böyük rəqəm

15:43 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər olub.

ABC.AZ-ın məlumatına görə, bu “BP Azərbaycan” şirkətinin 2021-ci ilin birinci rübününün yekunları ilə bağlı açıqlamasında qeyd olunub. Qeyd olunub ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Şirkətdən bildirilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

Bütün xəbərlər