Daha bir ölkədə Azərbaycan ticarət evi açılacaq - Gələn ay

16:21 - 29.04.2021


29 aprel, Fineko/abc.az. Bu ilin may ayının sonunadək Qazaxıstanda Azərbaycanın ticarət evinin açılışı planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bunu “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.

O qeyd edib ki, bu ticarət evi daha sonra Qazaxıstanın müxtəlif bölgələrində də açılacaq.

Onun sözlərinə görə, ticarət evlərinin filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər