Klinika direktoruna qarşı cinayət işi açıldı - Detallar

10:19 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

ABC.AZ xəbər verir ki, aparılmış araşdırmalarla, qeyd edilən ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı  şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər