330x110
 

Azərbaycandan Gürcüstana gedənlərin sayı kəskin azalıb – 90 faizdən çox

30.04.2021,11:17


30 aprel, Fineko/abc.az. Pandemiya bir çox sahələrə təsir etdiyi kimi turizm və səyahət sektoruna da təsirsiz ötüşməyib.

ABC.AZ-ın məlumatına görə, bu səbəbdən ötən ay Gürcüstana səfər edən xarici ziyarətçilərin sayı illik müqayisədə 73,4% azalıb.

Bu barədə məlumat Gürcüstan Milli Bankının mart ayı üzrə hesabatında öz əksini tapıb.

Hesabata əsasən, sözügedən dövrdə Azərbaycandan Gürcüstana gedənlərin sayı 90,3% azalıb.

Ermənistandan səfər edənərin sayı 82,8%, Rusiyadan isə 85,7% az olub.

Müəllif: Elmir Murad