330x110
 

Naxçıvan iqtisadiyyatına yönəldilən kreditin həcmi artıb – Hesabat

30.04.2021,11:35


30 aprel, Fineko/abc.az. Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 aprel 2021-ci il tarixə muxtar respublikasının iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 220 milyon 965 min manata çatıb.

ABC.AZ-ın məlumatına görə, bu kreditlərin 12 milyon 547 min manatı qısamüddətli, 208 milyon 391 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.

Müqayisə üçün qeyd edək ki, sözügedən kreditlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 31 milyon 790 min manat və ya 16,8 faiz artıb.

Müəllif: Elmir Murad