330x110
 

Prezident müqaviləni təsdiq etdi – Sərəncam

30.04.2021,14:17


30 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilməsi qeyd olunub.