KOBİA qərar verdi – 15 layihə maliyyələşdiriləcək

15:20 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqənin nəticələri açıqlanıb.

ABC.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 329 layihədən 15-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının aprelin 30-da keçirilmiş iclasında qeyd edilib.

Müsabiqəyə 322-si KOB subyekti və 7-si qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir.

 

Bütün xəbərlər