330x110
 

2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcək - Proqnoz

30.04.2021,16:28


30 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu, "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı məlumatında deyilir.

Bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir.

Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir. Məlumatda qeyd edilib ki, qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. "Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələyib. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaq.

Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır" deyə məlumatda qeyd olunur.