330x110
 

Azərbaycanla İran ticarət zonası yaradır

03.05.2021,11:05


3 may, Fineko/abc.az. Ərdəbildə Azad Ticarət Zonasının (ATZ) yaradılması İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O qeyd edib ki, hər iki dövlətin sərhədyanı rayonlarının sosial vəziyyəti daha da yüksələcək.

Onun sözlərinə görə, ATZ-in yaradıması lahiyəsi İran hökuməti və parlamenti tərəfindən qəbul edilib.

Layihə Ekspertlər Şurasının iqtisadiyyat və infrastruktur komitəsi tərəfindən təsdiqləndikdən sonra icrasına başlanacaq.