Yeni şirkət yaradıldı – Səhmlərin 51 faizi "AzerGold"-a məxsusdur

11:15 - 3.05.2021


3 may, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib.

“AzerGold”-dan ABC.AZ-a daxil olan məlumata görə, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə “DM Servis” MMC-yə məxsusdur.

Məlumat üçün qeyd edək ki, sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər