İnsanlar sığorta xidmətlərini ən çox bu formada əldə etməyə çalışır – Sorğu

12:00 - 3.05.2021


3 may, Fineko/abc.az. Əhalinin 35%-i, biznes subyektlərinin isə 38%-i sığorta xidmətlərini onlayn şəkildə əldə etməyə üstünlük verir.

ABC.AZ xəbər verir ki, bu barədə Azəbaycan Sığortaçılar Assosiasiyası keçirilən sorğu nəticələrinə əsasən məlumat yayıb.

Respondentlər arasında sığorta xidmətinin əlçatan olduğuna inananlar da çoxluq təşkil edir.

Belə ki, əhalinin 41%-i, biznes subyektlərinin isə 49%-i sığorta xidmətlərinin mövcud və potensial sığortaolunanlara əlçatan olduğunu hesab edir.

Qeyd edək ki, müvafiq nəticələr araşdırma və konsaltinq şirkəti tərəfindən 2150 respondent arasında keçirilmiş sorğu əsasında əldə olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər