Ağsatafanın icra nümayəndəsi həbs olundu - Detallar

14:04 - 3.05.2021


3 may, Fineko/abc.az. Ağstafa rayon İcra Hakimiyyəti başçısı Seymur Orucovun Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Aparılmış istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Vəliyev Vəkil Səfər oğlu Cinayət Məcəlləsinin 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər