330x110
 

Türkiyədə də koronavirus əleyhinə 2 preparat istehsal ediləcək

03.05.2021,14:18


3 may, Fineko/abc.az. Türkiyədə də koronavirus əleyhinə 2 preparat istehsal olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Qeyd olunub ki, sözügedən preparatlar bu ilin avqust ayından etibarən koronavirusun müalicəsində istifadə olunacaq.

Sözügedən tarixdən etibarən yerli dərman preparatları kütləvi istifadəyə buraxılacaq.

Qeyd edək ki, dərmanlardan biri Ankara Universitetində, digəri isə Bahçeşehir Universitetində hazırlanıb.

Müəllif: Elmir Murad