7 gün Bakı-Sumqayıt-Bakı elektrik qatarları işləməyəcək

14:43 - 3.05.2021


3 may, Fineko/abc.az. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 9 may saat 00:00-dan 16 may 06:00-dək hərəkətdə olmayacaq.

ABC.AZ-ın məlumatına görə, sözügedən xətt üzrə qatarlar 8 və 16 may tarixlərində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

Xatırladaq ki, 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

 

Bütün xəbərlər