Türkiyə müharibənin son gününə qədər Azərbaycana dəstəyini göstərdi - İlham Əliyev

16:17 - 3.05.2021


3 may, Fineko/abc.az. ”Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ikinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı.

"Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək verib. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi” deyə Prezident qeyd edib.

 

Bütün xəbərlər