Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər - İlham Əliyev

16:31 - 3.05.2021


3 may, Fineko/abc.az. İkinci Qarabağ müharibəsində qələbəmiz bölgədə yeni bir reallıq yaradıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

İ.Əliyev bildirib ki, Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq.

"Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır. Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər” deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər