17:12 - 3.05.2021
3 may, Fineko/abc.az. Bu ilin aprel ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 36,324 mln. manat həcmində 503 ipoteka krediti verib.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu mart ayı ilə müqayisədə 10,1% azdır.
Cari ilin yanvar-aprel aylarında isə 132,931 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.
Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 773 653 844 manat məbləğində 33 375 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 231 270 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 774-ə bərabər olub.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024