17 müəssisədə qaydalar pozulub - AQTA monitorinq aparıb

17:33 - 3.05.2021


3 may, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2 may 2021-ci il tarixində ölkə üzrə 442 ictimai iaşə obyektində 732 monitorinq keçirilib.

Monitorinqlər zamanı 17 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Bütün xəbərlər