Neft ucuzlaşır, Brent bir barelə $67,39 təşkil edir

09:56 - 4.05.2021


4 may, Fineko/abc.az. Neft qiymətləri dünən yüksəldikdən sonra çərşənbə axşamı keçirilən ticarətdə azalır.

9:31 London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin iyul fyuçersi barrel başına $0,17 (0,25%) – $67,39 qədər düşüb. May ayının 3 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersi  $0,80 (1,20%) - barrel başına   $67,56-a çatıb.

Saat 9:31 Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun ayının fyuçersinin qiyməti $0,18 (0,28%) – barel başına $64,31-ə qədər azalıb. May ayının 3 hərraclarının nəticələrinə görə, iyun ayına olan fyuçers $0,91 (1,43%) – bir barelə $64,49-a yüksəldi.

 

Bütün xəbərlər