Bakı Sağlamlıq Mərkəzi böyük zərərlə üzləşib – Hesabat

10:36 - 4.05.2021


4 may, Fineko/abc.az. Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi ötən ili 6 milyon 724 min manat xalis zərərlə başa vurub.

ABC.AZ Mərkəzin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu Mərkəzin ilk zərəri deyil.

Belə ki, bundan əvvəl Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərərlə bağlamışdı.

Beləliklə, ötən il Mərkəzin zərəri artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər