Azərbaycanda ən çox kredit qoyuluşları həyata keçirilən sahələr – Siyahı

11:09 - 4.05.2021


4 may, Fineko/abc.az. Bu ilin I rübü ərzində Azərbaycanda kredit qoyuluşlarının ən çox artım olduğu sahələr məlum olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, gözəçarpan artım əsasən real sektorun energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar və kənd təsərrüfatı sahələrində müşahidə olunub.

Məlumata görə, aprelin 1-nə energetika sektorunun kreditləşməsi 769 mln. manat təşkil edib.

Bu da ilin əvvəli ilə müqayisədə 46,6% çoxdur.

İnşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi isə 681,5 mln. manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 38,2% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər