330x110
 

Nazirliyin xərcləri artıb – 2019-cu illə müqayisədə

04.05.2021,12:06


4 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ötən ili gəlirlə başa vurub.

ABC.AZ nazirliyin yaydığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il qurumun xərcləri 65,685 mln. manat təşkil edib.

Bu da illik ifadədə 2,7% və ya 1,751 mln. manat çoxdur.

Qurumun əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,691 mln. manat, maliyyə yardımları və sair transferlər üzrə xərcləri 59,440 mln. manat təşkil edib.

Bununla yanaşı nazirliyin ötən il sərf edilmiş material ehtiyatları üzrə xərcləri 72,7 min manat, amortizasiya xərcləri 104,8 min manat, sair əməliyyat xərcləri isə 376,2 min manat təşkil edib.