Azərbaycanda qida Bankı yaradıla bilər - Təklif

14:13 - 4.05.2021


4 may, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə ölkəmizdə qida itkiləri, qida bankının yaradılması probleminə toxunulub.

Qeyd olunub ki, 2020-ci il və 2021-ci ilin ötən aylarında 7489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb.

Görüşdə ərzaq bankının yaradılması, qht-lərin köməyilə həmin ərzaq bankının ehiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər