TAP kəməri ilə Azərbaycan qazının İtaliyaya nəqli artıb - 2 dəfə

15:35 - 4.05.2021


4 may, Fineko/abc.az. Bu ilin birinci rübündə TAP kəməri ilə Azərbaycan qazının İtaliyaya nəqli iki dəfədən artıq - sutkada orta hesabla 9,5 milyon kubmetrdən 20 milyon kubmetrdən çox artıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Snam” qaz nəqli operatoru məlumat verib.

Apreldə LPG terminallarından daxil olan qazın 1,346 milyard kubmetrini istifadə edilib, bu da 2020-ci ilin iyul ayından etibarən ən yüksək göstəricidir.

 

Bütün xəbərlər