Restoranlarda nəzarət tədbirləri artırılır - Bu normalara əməl ediləcək

16:33 - 4.05.2021


4 may, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir.

ABC.AZ-ın məlumatına görə, xəstəliyə yoluxma riskini aradan qaldırmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.

Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə, iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

 


Bütün xəbərlər