Bir gündə 19 mindən çox vaksin vurulub

17:02 - 4.05.2021


4 may, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 19 min 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 4702, ikinci mərhələ üzrə 14584 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 536 min 328, birinci mərhələ üzrə vaksin olunanların sayı 980005 , ikinci mərhələ üzrə isə 556323 nəfər təşkil edir.

 

Bütün xəbərlər