330x110
 

Neft bahalaşıb, Brent barel başına $69-dan yuxarı ticarət edilir

05.05.2021,10:00


5 may, Fineko/abc.az. Tələbin artması və Avropada koronavirus məhdudiyyətlərinin zəifləməsi gözləntisi fonunda etalon markaların  qiymətləri çərşənbə günü artır.

ABŞ Neft İnstitutunun dünən dərc edilmiş, ötən həftə ABŞ-da neft ehtiyatlarının 7,7 milyon barel azaldığını göstərdiyi məlumatları da bazara təsir göstərir.

Saat 9:11-də London ICE Futures birjasında keçmiş  ticarətdə Brentin iyul fyuçersi  $0,54 (0,78%), barel başına $69,42 qədər yüksəldi. Mayın 4 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersinin qiyməti $1,32 (1,95%) - barrel üçün $68,88-a çatıb.

Saat 9:11-də Nyu – York əmtəə birjasının (NYMEX) hərraclarında WTİ-nin iyun ayının fyuçersinin qiyməti $0,51 (0,78%) - barrel başına $66,20-dək yüksəlib. 4 may ticarət nəticələrinə görə, iyun ayına olan fyuçers $ 1,20 (1,86%) – barel başına $65,69-ə yüksəldi.