Aşağı məbləğdə təyin olunmuş pensiyalar artırılacaq

10:49 - 5.05.2021


5 may, Fineko/abc.az. Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb.

ABC.AZ Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, artım keçən il və bu ilin ilk rübündə 12 809 şəxsi əhatə edib.

Artımlar əvvəlki üç il üçün hesablanaraq verilib.

Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir.

Beləliklə, həmin şəxslərə pensiya ödənişi müddətində əlavə olaraq 80 milyon manatdan çox vəsait ödənəcək.

Hazırda da bu tipli araşdırmalar davam etdirilir.

 

Bütün xəbərlər