330x110
 

Rusiya bankları əmənatlər üzrə faiz dərəcələrini artırır

05.05.2021,10:58


5 may, Fineko/abc.az. Rusiya bankları əmanətlər üzrə faiz dərəcələrini artırmağa başlayıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, şərtlərin yaxşılaşdırması ortalama 0,2-1,5% təşkil edib.

Qeyd edək ki, 23 aprel tarixində Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 5%-ə yüksəldib. Bu, 2014-cü ilin dekabr ayından bəri qeydə alınmış ən kəskin artım olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aprelin 1-nə ölkədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54%, xarici valyuta ilə isə 1,71% təşkil edib.