330x110
 

Bakıda ölkə üzrə koronavirusa yoluxma halları daha çoxdur

05.05.2021,11:01


5 may, Fineko/abc.az. Azərbaycanda koronavirusun yoluxma statistikası açıqlanıb.

ABC.AZ xəbər verir ki, Azərbaycanda ən çox koronavirusa yoluxma halları Bakıda aşkar edilib - 54.2 %.

Azərbaycanda koronavirusa yoluxma hallarının 12,9%-i un Abşeron rayonuna, 12%-i  mərkəzi rayonlara düşür. Gəncə - Qazax regionunda 7,3%, Şəki-Zaqatala – 4,2%, Quba-Xaçmaz – 3,1%, Lənkəran – 2,4%, Dağlıq Şirvan regionunda 2,4%, Yuxarı Qarabağda 1,4% yoluxma halları qeydə alınıb. Yoluxma hallarının 0,3%-i xaricdən gələnlərdə aşkar edilib.

Ölkə üzrə ən az yoluxma halları Naxçıvanda aşkar edilib – 0,03%.