Bakı Fond Birjasının dövriyyəsi artıb

11:08 - 5.05.2021


5 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2021-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5,773,457,860 manat təşkil etmişdir.

BFB-dən ABC.AZ-a verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 92%, ilkin bazar üzrə ticarət həcmində 158%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 141%, repo əməliyyatları üzrə isə 247% böyümə qeydə alınıb.

2021-ci ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 9% artaraq 4,221,379,674 manat təşkil etmişdir.

 

Bütün xəbərlər