TAP kəməri ilə qazın nəqli kəskin artıb

12:06 - 5.05.2021


5 may, Fineko/abc.az. Bu ilin aprel ayında Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 6 477 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 630 194 593 kubmetr) qaz nəql edilib ki, bu da mart ayının göstəricisi ilə müqayisədə 42% çoxdur.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, mart ayında boru kəməri vasitəsi ilə 4 565 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 444 162 161 kubmetr) qaz nəql edilib.

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, bu ilin I rübündə Azərbaycan Avropaya təqribən 1,1 mlrd. kubmetr qaz ixrac edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.

 

Bütün xəbərlər