Bakı şəhərində sənaye istehsalı artıb

12:30 - 5.05.2021


5 may, Fineko/abc.az. Cari ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 8,8 mlrd. manat təşkil edib.

ABC.AZ–a Bakı Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 77,6%-i mədənçıxarma, 18,6%-i emal, 3,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.

Qeyd olunur ki, sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1% təşkil edib.

 

Bütün xəbərlər