Gürcüstanın Baş naziri İlham Əliyevi Tbilisiyə səfərə dəvət edib

14:47 - 5.05.2021


5 may, Fineko/abc.az. “Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik.”

ABC.AZ xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

“Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim.” – deyə Gürcüstanın baş naziri bildirib.

 

Bütün xəbərlər