330x110
 

Paytaxtın ictimai iaşə dövriyyəsi 55,5% azalıb

05.05.2021,15:20


5 may, Fineko/abc.az. Cari ilin ilk rübündə paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,5% azalaraq 84,6 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 % azalaraq 63 milyon manat təşkil edib.