330x110
 

"Azerbaijan COVID-19 Emergency Response Project" layihəsi sentyabrda təsdiqlənəcək

05.05.2021,17:17


5 may, Fineko/abc.az. Dünya Bankının Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihəsi bankın Direktorlar Şurası tərəfindən sentyabrın 6-da təsdiqlənəcəyi gözlənilir.

Dünya Bankından verilən məlumata görə, layihənin investisiya məqsədli olmayacağı və analitik kömək məqsədini daşıyacağı gözlənilir. Sözügedən layihənin dəyəri 95 mln. ABŞ dollar göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Qeyd edək ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı və mayın 20-si təsdiqlənəcək "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.