330x110
 

Entoni Blinken: ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb

05.05.2021,17:33


5 may, Fineko/abc.az. "ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır".

ABC.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "Twitter" səhifəsində yazıb.

"Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyə ABŞ dövlət katibi bildirib.