Xarici audit şirkəti Xəzər Dəniz Gəmiçiliyinin hesabatını müzakirə edib

11:06 - 6.05.2021


6 may, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən ABC.AZ-a daxil olan məlumata görə, iclasda Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri Cəmiyyətin 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.

 

Bütün xəbərlər