AMB valyuta hərracında banklara $24,3 mln. satıb

12:42 - 6.05.2021


6 may, Fineko/abc.az. 06 may 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, mayın 6-da valyuta hərracında banklara $24,3 mln satılıb.

"Hərracda tələb 24,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Bütün xəbərlər