Prezident ona yeni vəzifə verdi – Sərəncam

14:19 - 6.05.2021


6 may, Fineko/abc.az. Prezident İlham Əliyev Sərəncam imzalayaraq Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının digər Sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

 

Bütün xəbərlər