İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tender keçirir

16:28 - 6.05.2021


6 may, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "İmtiyazlı qrupa daxil olan xəstələr"in təminatı üçün dərman vasitələrinin satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 600 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 02.06.2021 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.06.2021 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı  11.06.2021 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Əhmədağa Salayev

Telefon: (+99455) 224 42 41

 

Bütün xəbərlər