Agentlik fermerlərə bu qədər subsidiya ödəyib - Məbləğ

16:36 - 6.05.2021


6 may, Fineko/abc.az. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən monitorinqlər başa çatmış daha 44038 torpaq sahəsi üzrə (parsel) 30715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib.

Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7919101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib.

Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir.

Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib.

Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969205 hektar təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər