330x110
 

Azərbaycanda 27 min 777 vaksin vurulub - Bir gündə

06.05.2021,16:53


6 may, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 27 min 777 vaksin vurulub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Birinci mərhələdə peyvənd olunanların sayı 4290, ikinci mərhələ üzrə 23487 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 593 min 883, birinci mərhələ üzrə vaksin olunanların sayı 992252 , ikinci mərhələ üzrə isə 601631 nəfər təşkil edir.