330x110
 

Rusiya yenə də Azərbaycan pomidoruna icazə vermədi - Səbəblər

06.05.2021,17:09


6 may, Fineko/abc.az. Aprel ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Qafqaz üzrə Regionlararası İdarəsi Azərbaycandan 52 tondan çox təzə pomidorun Rusiya ərazisinə keçirilməsinə icazə verməyib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, “2021-ci ilin aprel ayında “Rosselxoznadzor”un Qafqaz üzrə Regionlararası İdarəsi tərəfindən Azərbayacn və İrandan dövlət sərhədinin Dağıstan hissəsinə idxal olunan 39,656 min tin təzə meyvə-tərəvəz nəzarətdən keçirilib”, - İdarənin məlumatında qeyd olunur.

Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan 3 partiya (52,2 ton) təzə pomidorun RF ərazisinə idxalına icazə verilməyib.