İpoteka və Kredit Zəmanət Fondu hesabat açıqladı – Mənfəəti azalıb

10:16 - 7.05.2021


7 may, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-ci ili 7,228 milyon manat mənfəətlə başa vurub.

ABC.AZ-ın qurumun maliyyə hesabatına istinadən məlumatına görə, bu, 2019-cu illə müqayisədə 2,6 dəfə azdır.

Belə ki, ötən il Fondun faiz gəlirləri 41,486 milyon manat olub. Bu isə əvvəlki illə müqayisədə 7,7% azdır.

Ötən il qurumun faiz xərcləri 21,196 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 12,6% çoxdur.

Müəllif: Elmir Murad