330x110
 

Çin mallarına tələb artır

07.05.2021,11:27


7 may, Fineko/abc.az. Qlobal iqtisadiyyatın tədricən özünə gəlməsi Çin mallarına olan tələbatı sürətlə artırmaqdadır.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Gömrük Agentliyinin açıqlama yayıb.

Qeyd olunub ki, ixrac həcmləri ABŞ dollarında nominasiya edilən rəqəmlə ifadədə cari ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% artıb.

Bununla da nəticələr proqnozları kifayət qədər üstələyib.