Bu mağazalar qaydaları pozub – Siyahı

12:00 - 7.05.2021


7 may, Fineko/abc.az. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Binəqədi və Xətai rayonlarındakı “Ucuzluq” mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı Nəsirov İsax Göyüş oğluna məxsus Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 19 nəfər, İmanov Eldar Elman oğluna məxsus Xətai rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

 

Bütün xəbərlər