Növbəti DOST mərkəzləri hansı rayonlarda açılacaq? - Siyahı

12:37 - 7.05.2021


7 may, Fineko/abc.az. Növbəti DOST mərkəzi Abşeron rayonunda, Xırdalanda açılacaq. Bu, 6 saylı DOST mərkəzi olacaq.

ABC.AZ bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

O qeyd edib ki, bununla bütün Bakını əhatə edəcəyik.

"Bundan əlavə, ən yaxın coğrafiyada Bərdə və Quba DOST mərkəzlərinin də açılması nəzərdə tutulur. Bunlardan sonra, planda Gəncə DOST mərkəzinin açılmasıdır” deyə Seymur Alıyev deyib.

 

Bütün xəbərlər