Lənkəran çiyələyi xaricə də ixrac olunur - Yığım başlanılıb

14:44 - 7.05.2021


7 may, Fineko/abc.az. Bir neçə gündür Lənkəran rayonunda istixana şəraitində yetişdirilən çiyələyin yığımına başlanılıb.

ABC.AZ-ın məlumatına görə, yetişdirilən məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da ixrac edilir.

Lənkəran fermerlərinin yetişdirdiyi çiyələk məhsuluna daxili bazarla yanaşı, xarici bazarlarda da tələbat çoxdur. Artıq 8 ton çiyələk məhsulu Qazaxıstana göndərilib.

Fermer təsərrüfatında kütləvi yığım başladıqdan sonra şirkətlərlə bağlanmış müqavilələr əsasında Rusiya bazarlarına da məhsul göndəriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər